Vitse-prezidentə 24 saat vaxt verdilər – Trampı…backend

ABŞ Konqresinin Nümayəndələr Palatası vitse-prezident Mayk Pensə Donald Trampı vəzifəsindən kənarlaşdırmaq çağırışı edən qanun qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, M.Pensin Konstitusiyanın 25-ci maddəsinə əlavə dəyişikliklər çərçivəsində Konqresə cavab verməsi üçün 24 saat vaxtı var.

Amma vitse-prezident bu maddədən istifadə etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, sözügedən maddə ABŞ prezidentinin vəzifəsini icra etməyəcəyi qənaətinə gəlməsi təqdirində prezidentin yerinə müvəqqəti olaraq vitse-prezidentin gəlməsi prosesini təmin edir.Publika.az