Vitse-prezidentə sui-qəsd olub – Əfqanıstanbackend

Kabildə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd edilib.

“Yeni Gündəm”-in verdiyi xəbərə görə, bu barədə məlumatı “TOLOnews” telekanalı yayıb.

Bildirilir ki, çərşənbə günü səhər Əfqanıstanın paytaxtında baş verən partlayış nəticəsində Əmrullah Saleh ciddi xəsarət almayıb.Hadisə ən azı 10 nəfərin ölümünə və bir o qədər də insanın yaralanmasına səbəb olub. Əmrullah Salehin üzü yüngül yanıb, əli zədələnib. //APA