Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edə bilər.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ATV telekanalına verdiyi müsahibədə Putinin “Rostom”un inşa etdiyi Akkuyu AES-in açılışında iştirak etmək üçün Türkiyəyə gələ biləcəyini qeyd edib.
“Vladimir Putin aprelin 27-də açılış mərasimində iştirak etmək üçün Türkiyəyə uça bilər və ya onlayn şəkildə mərasimdə iştirak edə bilər”, – deyə Ərdoğan bildirib.
Ukrayna mətbuatı yazır ki, Türkiyə Roma Statutunu ratifikasiya etməyib və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanımır. Müvafiq olaraq, 2023-cü il martın 17-də məhkəmənin Putin haqqında həbs qərarı çıxarmasından sonra Türkiyə hüquq-mühafizə orqanlarından onun həbsi tələb olunmur.
Fərahim Rəhimov