Vladimir Zelenski Çin prezidentini Ukraynaya dəvət edibbackend

Ukrayna prezidenti Vladimir Zelenski Çin lideri Si Cinpini Ukraynaya dəvət edib.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir.

“Biz onu burada görməyə hazırıq. Mən onunla danışmaq istəyirəm. Tam miqyaslı müharibə başlamazdan əvvəl onunla əlaqə saxlayırdım. Amma bütün il ərzində, bir ildən artıqdır ki, mənim heç bir əlaqəm olmayıb”, – Zelenski bildirib.

Xatırladaq ki, Si Cinpin martın 20-də Rusiyaya üç günlük səfərə gəlib və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Fərahim Rəhimov