“Volkov Bakıya çağırılmalıdır”backend

Əsas mövzulardan uzaqlaşmamalıyıq.

Sülhməramlılara izah etmək lazımdır ki, onlar öz işlərini icra etməlidirlər. Yəni, sülhməramlıları məqsədi və hədəfi təhlükəsizliyi təmin etməkdən ibarət olmalıdır. Onların sərhəd və gömrük funksiyası yoxdur. Bundan əlavə, qaz və işıqla təmin etmək kimi bir öhdəliklər də tapşırılmayıb, bəndlərdə yer almayıb. Rus sülhməramlıları sadəcə olaraq bizim dövlət qurumlarının fəaliyyətinin təhlükəsizliyini təmin etməlidirlər.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki ,hansısa danışıqlar nəticəsində qərarlar qəbul olunmalıdır və bu qərarlara ciddi əməl edilməlidir hansısa danışıqlar nəticəsində qərarlar qəbul olunmalıdır və bu qərarlara ciddi əməl edilməlidir.

“Toponimlər də önəmlidir, ancaq toponimlərdən öncə vacib məsələlər var: “Azərbaycanın Müdafiə Nazirliyi toponimlər məsələsini fərqli formada həll etməlidir. Sülhməramlılar bu və ya digər ölkəyə dəvət olunarkən və orada fəaliyyət göstərərkən həmin ölkənin suveren hüquqlarını öz əlinə götürə bilməz. Yəni bu, beynəlxalq praktikadır, Birləşmiş Millətlər Təşkilatının (BMT) təcrübəsidir. Bu məsələyə aid sənədlər mövcuddur. Ona görə də Müdafiə Nazirliyi məhz bu səpkidə onlarla əlaqə qurmalıdır.Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Bakıya çağırılmalıdır və bu məsələlər müzakirə olunmalıdır. Biz Rusiyadan nəyisə xahiş etməli deyilik, çünki dövlətimizin ərazisidir. Rus sülhməramlılarını müvəqqəti missiyanı icra etmək üçün dəvət etmişik. Hansısa danışıqlar nəticəsində qərarlar qəbul olunmalıdır və bu qərarlara ciddi əməl edilməlidir”.

Fərahim RƏHİMOV