Volodimir Zelenski: “Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub, amma heç hara getmədim”backend
“Həyat yoldaşım və uşaqlarımı nadir hallarda görürəm. Lakin görüşəndə birlikdə yemək yeyir və müharibə haqqında danışırıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky nuys” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun cəmi 10 yaşı var. Amma o da başa düşür ki, bu müharibə faciədir. Hətta, məncə, onlar bunu məndən daha yaxşı bilirlər”.
V.Zelenskinin sözlərinə görə, 2022-ci il fevralın 24-ü ailəsi üçün uzun, çətin gecə olub: “Həmin gecə partlayışlar və zənglərin olduğunu xatırlayıram. Yoldaşıma dedim ki, hazır ol. Ona evdə, yəni prezident iqamətgahında qalmağın təhlükəli olduğunu söylədim. Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub. Amma mən kəşfiyyat idarələrinin tövsiyələrinə əməl etmədim, heç hara getmədim”.
Dövlət başçısı deyib ki, o, indiki gərgin məqamda da yumor hissini qoruya bilir: “Mən yumor hissimi heç vaxt itirməməmişəm. Düşünürəm ki, insanlar yumoru itərəndə ruhi vəziyyəti də pisləşir. Qələbəni təmin etmək üçün hər səhər nə edəcəyin barədə düşünməlisən”.