Vuçiçi Bakıya gətirən nədir?- “O Azərbaycandan rica edir ki…”backend

Xəbər verdiyimiz kimi dünən Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycanda rəsmi səfərdə olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyalı həmkarını qəbul edib.
Təkbətək görüşdən , Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.

“Yeni Gundem” xəbər verir ki, siyasi şərhçi Əziz Əlibəyli Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfərini şərh edib.
“Serbiya prezidenti Azərbaycan vasitəsilə Cənubi Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır. Bir az əvvələ baxsaq, bizim “Yaşıl enerji”, İtaliyaya uzan neft kəmərləri və.s kimi sazişlərimiz baş tutub. Bunlar məsələnin bir tərəfidir. Amma Vuçiçi Bakıya gətirən əsas səbəb şübhəsiz Kosova məsələsidir. O Azərbaycandan rica edir ki, rəsmi Bakı Türkiyədən Ərdoğanın Kosovaya bayraqdar satmamasını xahiş etsin. Bütövlükdə bu iki ölkənin münasibətlərinə təsir göstərə bilər. Əslində Vuçiç Kosovanı dövlət olaraq hesab etmir. Ümumiyyətlə, Serbiya bu məsələdə rəsmi Bakı və Ankaranın onun tərəfində durmağını ümid edir. Bu səbəblə də Serbiyanın dövlət başçısı Bakıya sırf Türkiyədən rica və Kosova üzərinə xahişə söykənən istəklə gəlib””-o vurğulayıb.

Fərahim RƏHİMOV