Vüsal Quliyev: “Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var”backend

“Hazırda 200-ə yaxın təşkilat var ki, onların qeydiyyata alınmaqla bağlı müraciətləri var”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsində məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər:

“Ona görə də hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq”.