“Vusal Slow” adlı restoran qanunlara üz çevirib: YENİLƏNİB+RƏSMİ AÇIQLAMAbackend
“Yayın kəskin istiləri gəldi, evimizdə oturub normal istirahət edə bilmirik. Evimizin içində istirahətimizə haram qatıb öz şəxsi mənafelərini düşünən bəzi məmurlardan fərqli olaraq bizdə nəinki ölkə kənarında, heç ölkədəki evimizdə dincəlməyə belə imkan vermirlər.”
 “Azərbaycan Reallığı” xəbər verir ki, bu sözləri Sabunçu rayon Muxtar Fətəliyev/Bakıxanov 93a ünvanda yaşayan bir neçə sakin bildirib.  Onların sözlərinə görə yaxınlıqda fəaliyyət göstərən “Vusal Slow” adlı restoranın səs-küyündən evlərində istirahət edə bilmirlər.
“Aygun Moll”-un yaxınlığında, obyektin 4-cu mərtəbəsində yerləşən və restoran kimi fəaliyyət göstərən bu məkən sakinlərin dediklərinə görə hava şəraiti ilə bağlı əvvələr içəridə qapalı yerdə fəaliyyət göstərirdisə indi isə obyektin sonuncu mərtəbəsində (Teras) da fəaliyyət göstərərək yüksək musiqi səsindən yuxumuza və istirahətimizə haram qatırlar.
Məkanda baş verən tez-tez dava dalaş, söyüşlər isə ətrafda olan insanları çox narahat edir. Həmçinin bu məkandan çoxsaylı müştəri şikayətləri də var. Müştərilərə verilən qidalar olduqca keyfiyyətsizdir.
Yeməklər normal standartlara uyğun deyil. Məkanda post terminal yoxdur və yedikdən sonra hesab ödəmək istəyəndə ödənişi kartdan-karta göndərmək təklif olunur, bu da təbii ki vergidən yayınmaqdır.
Problemlər bununla da bitmir, əmək müqaviləsi olmayan işçilərin müştərilərə həddindən artıq gec xidmət etməsi də məkanda dəfələrlə narazlığa səbəb olub- deyə şikayətdə vurğulanır.
İctmai-əsayışı pozan bu məkanla bağlı sakinlər aidiyyəti qurumların tədbir görməsi üçün Qida Təhlükəsizlik Agentiliyinin və Vergilər xidmətinin əməkdaşları bu məkana baş çəksələr yaxşı olar. Biz inanırıq məsələ ictimailəşəndən sonra aidiyyəti üzrə araşdırma aparılaraq bu problemlərə son qoyulacaq.
Sözügedən obyekt Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri və hal-hazırda həbsdə olan general-leytenantı, Əhməd Əhmədova məxsus olduğu iddia olunur. Məkanın 4-cu mərtəbəsi əvvələr müğənni Vüsal Əliyevə icarəyə verilsə də hazırda Mamed adlı şəxsin icarədar kimi işlətdiyi bildirilir.
 ***
DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Vüsal Slow” restoranında yaranan səs-küylə əlaqədar olaraq polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Araşdırmalarla obyekt icarədarına qanunvericiliyin tələbləri izah olunmaqla qeyd edilən neqativ hallar aradan qaldırılıb. Obyekt sahibi barəsində inzibati protokol tərtib olunub. Sakinləri narahat edən halların təkrarlanmaması üçün polis əməkdaşları tərəfindən ərazidə nəzarət artırılıb.