Vüsalə Əlizadədən qonaqlara irad: “Xəstə-xəstə…”backend
Ötən həftə aparıcı Vüsalə Əlizadə virusa yoluxub.
“Yeni Gundem” “axşam.az”a istinadən xəbər verir ki, aparıcı dünən “7 canlı” verilişində virusa elə öz proqramında yoluxduğunu deyib. O, gələn qonaqlar barədə iradını da səsləndirib:
“Qonaqlar xəstə-xəstə verilişə gəlir. Qızdırmalı halda otururlar. Biri öskürür, biri asqırır və virus keçir Vüsaləyə. Xəstə halda üstümə gəlməyin. Hələ də səsim düzəlməyib. Beş gün 39.8 hərarətlə yatdım”.