Vüsalın intiharı ilə bağlı cinayət işi başlandıbackend

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qurumun Mətbuat xidmətindən “Yeni Gündəm”-ə daxil olan məlumatda deyilir:

II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zəylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirmişdi.