“WhatsApp”da mesajları kilidləmək olacaqbackend

“WhatsApp” bir müddətdir təhlükəsizlik tədbirləri görür.

Trend-in məlumatına görə, “Meta” tərəfindən elan edilən yeniləmə “Chat Lock” xüsusiyyətini əhatə edir . Müvafiq olaraq, istifadəçilər müəyyən söhbətləri şifrə və ya biometrik autentifikasiya ilə bağlaya biləcəklər.

Yeni funksiya hətta proqram açıq olduqda belə söhbətləri qorumaq məqsədi daşıyır.

“Meta”-nın təsvirinə görə, “Chat Lock” aktivləşdirilərsə, söhbətlər şifrə və ya biometrik qorunan qovluqda saxlanılacaq. Bu söhbətlərdən gələn bildirişlər göndərənin adını və ya mesaj məzmununu göstərməyəcək.

“WhatsApp” yeni yeniləmə paketi ilə istifadəçilərə şəxsi məlumatlarını qorumaq imkanı verəcək. Qeyd edək ki, yeni funksiya ilkin olaraq “Android” və “iOS” üçün əlçatandır.