Xaçmazda meşə zolağında YANĞIN – VİDEObackend

Bu gün axşam saatlarından Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.

“Yeni Gündəm”in şimal bürosu xəbər verir ki, havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.

Hadisə yerinə Xaçmaz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Müşfiq Qərib