Xalq artisti “Tarixin səsi”ndə qonaq oldubackend

“Səs” İnternet Televiziyasında bu günlərdə start götürən “Tarixin səsi” verilişi ikinci dəfə tamaşaçıların görüşünə gəlib. İlk verilişdə qonaq olan filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli Qərbi Azərbaycandan soydaşlarımızın köçürülməsi və tarixi yurdlarımızın zorla erməniləşdirilməsi haqqında söhbət açmışdı.

Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, prezident təqaüdçüsü , tanınmış qaboy ifaçısı Kamil Cəlilov da 7 oktyabr da “Səs” İnternet Televiziyasında qonaq oldu. Ustad sənətkarın zəngin həyat yolundan, yaradıcılığından geniş şəkildə söhbət açılıb.

Verilişin növbəti qonağı Qərbi Kaspi universitetinin dissertantı, araşdırmaçı Əkrəm Bəydəmirlidir. Qeyd edək ki, Əkrəm Bəydəmirli ilə Qarabağ və informasiya müharibəsi mövzusunda söhbət açılacaq.

Verilişin aparıcısı və müəllifi Savalan Talıblıdır.

“Tarixin səsi” verilişini aşağıdakı linkdən izləyə bilərsiniz.