Xalq artisti xəstəxanaya yerləşdirildibackend

Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Yeni Klinikadan bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.

“Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulmuş və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb”.

Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.

APA