Xalq artisti yenə xəstəxanalıq oldubackend

Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

“Yeni Gündem” xəbər verir ki, bu barədə aktyor “5-də 5” proqramına telefonla bağlanaraq məlumat verib.

O, səhhətində problem yarandığını və təcili xəstəxanaya aparıldığını qeyd edib. Xalq artistinin müğənni qızı Səidə Dadaşova isə atasının oksigen çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb.

Qeyd edək ki, R. Dadaşov ötən ilin dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktından sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, bir müddət sonra evə buraxılmışdı.