“Xalqa hər şey Avropa qiymətləri ilə satılır” – Tahir Kərimlibackend

Bəs niyə pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”-deyə o sözlərinə davam edib.

Fərahim Rəhimov