Xamneyi: “Azərbaycan əraziləri işğaldan azad edilməlidir”backend

Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu İranın dini lideri Ayətulla Seyid Əli Xamneyi bugünkü müraciətində bildirib.

S.Ə.Xamneyinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir.

Xamneyi əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir.