Xanım deputat gənc yaşında VƏFAT ETDİbackend

Özbəkistan Nəvai Vilayət Xalq Deputatları Sovetinin deputatı Dilnavoz Nosirov martın 12-də 34 yaşında dünyasını dəyişib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “QALAMPIR” məlumat yayıb.

O, 1989-cu ildə Nəvai vilayətinin Qızıltəpə rayonunda anadan olub. 2010-cu ildə Nəvai Dövlət Pedaqoji İnstitutunu bitirib.

Özbəkistanın “Milli Dirçəliş” Demokratik Partiyası Nəvai Vilayət Şurasının İcraiyyə Komitəsinin deputatlarla, deputat birlikləri və ilk partiya təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Zərəfşan Şəhər İnformasiya-Resurs Mərkəzində, Mənəviyyat və Maarifçilik şöbəsində, həmçinin Özbəkistanın “Milli Dirçəliş” DP Şəhər Şurasının sədri işləyib.

2015-2020-ci illərdə xalq deputatları Zərəfşan Şəhər Sovetinin deputatı seçilib.

Xanım deputat gənc yaşında VƏFAT ETDİ