Xankəndinin nə qədər azərbaycanlı əhalisi va? – MARAQLI FAKTbackend

Mən 2010 cu ildə 122 saylı Xankəndi dairəsindən millət vəkilliyinə namizəd olmuşdum. MSK-nın saytında bu dairənin seçici siyahısında say 5 min 3 yüz nəfər idi. Mən isə diğər dairələrdəki seçicilərdən sırf “Xankəndində anadan olan azərbaycanlıların sayı “ hesabına Xankəndinin 23 mindən çox azərbaycanlı əhalisinin siyahısını əldə etdim. İşğalda olduqları illər ərzində Xankəndinin azərbaycanlı əhalisinin sayı başqa rayonlara qeydiyyata alınmaqla məqsədli şəkildə, süni azaldılmışdı.

”Yeni Gundem” -in məlumatına görə, bu barədə siyasi şərhçi Yeganə Hacıyeva bildirib. Onun sözlərinə görə, bir ailədən 5 nəfərdən 2-si xankəndili kimi, 3 isə başqa rayonlara qeydiyyata alınmışdı:

“Bu haqda 2010 -cu ildə ölkə mediasında müsahibə vermişdim. Mən o zaman Avropa qurumları ilə sıx əməkdaşlıq edən gənc kimi yaşadığım Bakıdan deyil, əhalisi Azərbaycanın 68 rayon və kəndlərinə səpələnmiş bir dairədən namizədliyimi sırf Qarabağla bağlı faydalı ola biləcəyimə inandığım üçün vermişdim.
Xankəndinin süni azaldılmış azərbaycanlı əhalisinin sayını səsləndirməklə ermənilərə əsas vermək lazım deyil. Xankəndinin 23 mindən çox Azərbaycanlı əhalisi var və onlar evlərinə getmək istəyir”.