Xaricdə vaksinasiya olunanların COVID pasportu Azərbaycanda keçərlidirbackend

“Xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var: “Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”.