Xarici diplomat Zəngilanda namaz qıldıbackend

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.

“Yeni Gündəm” xəbər verir ki, səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb.

O daha sonra qeyd edib:

“Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik”.

Qeyd edək ki, səfir xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub. /Oxu.az