Xarici jurnalistlər Gəncədə oldularbackend

Bir qrup xarici jurnalist Gəncədə olub.

“Yeni Gundem” xəbər verir ki,Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Ağdamdan sonra keçirilən sammitini işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlər erməni terroru nəticəsində dağıdılmış ərazilərdə Gəncəyə səfər ediblər. 30 nəfərdən ibarət nümayəndə heyəti Qələbə parkını ziyarət edib.

Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini ağır artilleriyadan qəsdən atəşə tutub. Məğlub olmuş Ermənistan ordusunun döyüş meydanında törətdiyi hərbi cinayətlər nəticəsində Gəncə şəhərində 26 nəfər, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəymişdir.

Fərahim Rəhimov