Xarkovda Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldıbackend

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda 27 sentyabr anım günü ilə bağlı dəyirmi masa keçirilib.

Konsulluqdan “Yeni Gündəm”-ə verilən məlumata görə, dəyirmi masada Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının təmsilçiləri və ali məktəblərin müəllimləri iştirak edib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək qeyd etdi ki, Vətən müharibəsində şəhid olmuş hər bir qəhramanın xatirəsi əzizdir və Azərbaycandan kənarda belə onlar daim xatırlanacaq və onların qəhramanlıqları nəsillərdən nəsillərə ötürüləcək.

Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yeni dönəmdə Azərbaycan diasporasının invormasiya savaşında sərgiləyəcəyi mövqe müzakirə edildi. Eyni zamanda işğaldan azad edilmiş ərazilərinin investisiya potensialının Azərbaycan diasporasının və Xarkov konsulluğunun xidmət dairəsinə daxil ərazilərin sahibkarları arasında təbliğ edilməsi üçün vacib olan məsələlər müzakirə edildi.

Dəyirmi masada eyni zamanda ötən il silahlı hücuma məruz qalan Azərbaycanın Xarkovdakı fəxri konsulluğu ilə bağlı cinayət işinin gedişi barədə iştirakçılara ətraflı məlumat verildi. Fəxri konsul məsələnin Azərbaycan hökümətinin diqqətində olduğunu bildirdi.