Xatirə İslam Tural Abbaslının toyunda – VİDEObackend

Ötən gün “Ağ partiya”nın sədri Tural Abbaslının oğlan toyu olub. O, Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafillə ailə həyatı qurub.

“Yeni Gündəm” xəbər verir ki, cütlüyün xoş günündə müğənni Xatirə İslam da iştirak edib.

“Sizin toyda iştirak etməyi, bu torpağa şəhid oğul vermiş ağbirçək ananızı qucaqlamağı özüm istədim və gəldim. Mən cəsarətli insanları sevirəm”, – instaqram hesabında toydan video paylaşan müğənni yazıb.

Qeyd edək ki, T.Abbaslının qardaşı Teymur Abbaslı Vətən müharibəsində şəhid olub. O, ehtiyatda olan leytenant idi.

Ötən ilin mayında nişanlanan cütlüyün dekabrın 18-də qız toyu olub.