Xatirə İslamın yol QALMAQALINA reaksiya: “Gəlib asfalt çəkməli deyilik”backend

Ötən həftə Novxanı qəsəbəsindəki yolun bərbad vəziyyətdə olması ilə bağlı xəbər vermişdik. Müğənni Xatirə İslamın videoya çəkib öz İnstaqram profilində paylaşdığı həmin yol barədə Binəqədi rayon İcra Hakimiyyəti də münasibət bildirmişdi. İcra hakimiyyətinin nümayəndəsi Kənan Kərimov həmin ərazidə Melorasiya və Su Təsərrüfatı İdarəsinin bir neçə ay öncə təmir işi apardığını, hazırda ərazidə problemin həlli üçün idarə ilə razılaşma əldə olunduğunu bəyan edirdi.

Məsələ ilə bağlı Abşeron rayon Melorasiya və Su Təsərrüfatı İdarəsinin soyadını açıqlamaqdan imtina edən Qəmbər adlı baş mühəndisii Lent.az -a danışıb. O, hazırda sözügedən ərazidə idarə ilə bağlı hər hansı problemin qalmadığını vurğulayıb:

“İlyarım bundan əvvəl həmin yolda idarə qazıntı işləri aparıb və xətt çəkilib. Sonra onun üzəri tam səliqəli və problemsiz şəkildə örtülüb. Melorasiya və Su Təsərrüfatı İdarəsi gəlib orada təzədən asfalt çəkməli deyil”.