Rus işğalçıları Xerson rayonunda kəndi bombalayıb, 4 nəfər yaralanıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Xerson Rayon Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin şəxsi “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın pilotsuz təyyarəsi Xerson vilayətinin Zmiyevka kəndində partlayıcı qurğunu vurub, nəticədə 4 yerli sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar ən yaxın tibb məntəqəsinə aparılıb.
Fərahim Rəhimov