Xersonda Türkiyə gəmisinə raket düşübbackend

Dünən gecə baş verən hücum zamanı gəmidə ekipajın olmaması insan itkisinin qarşısını alıb.

“Yeni Gundem” xəbər verir ki, naməlum şəxs tərəfindən atılan raket Vanuatu bayraqlı gəminin körpü hissəsinə dəyərkən körpüdə yanğın baş verib. Bildirilib ki, gəmi Türkiyədə Çayeli Dənizçilikdə qeydiyyatdan keçib və Birləşmiş Millətlər Təşkilatı-Rusiya-Ukrayna və Türkiyə arasında imzalanmış taxıl dəhlizi müqaviləsi çərçivəsində taxıl daşıyan gəmilərdən deyil.

Bildirilir ki, hazırda müharibə səbəbindən Ukrayna limanlarında ilişib qalan 12 türk gəmisi var. 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsinin ən şiddətli cəbhələrindən biri olan Xerson oktyabrda birtərəfli qaydada Rusiya tərəfindən ilhaq edilib.