Xəstə uşaqları məktəbə buraxmaq olmaz – Baş infeksionistbackend

“Məktəblərdə koronavirusun yayılmaması üçün valideyn də bu prosesdə aktiv iştirak etməlidir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirb ki, uşaqda baş ağrısı, hərarət varsa, onu vaxtında aşkar etmək lazımdır:

“Xəstə uşaqları məktəbə buraxmaq olmaz. Belə hallar dərs vaxtı aşkarlanarsa, məktəb personalı üçün tədbirlər nəzərdə tutulub. “Delta” ştammı ailədaxili yoluxmaların artmasına gətirib çıxarır. Əvvəl ailənin bir-iki üzvü yoluxurdusa, indi yoluxma hallarının artdığını görürük. Uşaqların daim temperaturunu ölçmək, onlarla söhbət aparmaq, sağlam olduğuna əmin olduqdan sonra məktəbə göndərmək lazımdır”.