Qəzza zolağının rəhbərliyi şəhərdəki Əl-Şifa xəstəxanasından xəstələrin Misirə köçürülməsinə çağırıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin xəstəxanalarının rəhbəri Məhəmməd Zakut Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Biz imkan çatışmazlığı səbəbindən xəstələri Misirə köçürməyə çağırdıq” deyə vurğulayıb.
Xatırladaq ki, İDF xəstəxana ərazisində Həmas komandanlıq mərkəzinin olduğunu açıqlayıb. İsrail hərbçilərinin məlumatına görə, Əl-Şifada Fələstinin HƏMAS radikal hərəkatının döyüş sursatı və müxtəlif texnikası olan anbar var.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum etdi. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb. Təl-Əviv hücumu müharibə adlandırıb və oktyabrın 10-da Qəzza zolağında HƏMAS yaraqlılarının hədəflərinə cavab hücumlarına başlayıb. Daha sonra oktyabrın 27-də İsrail HƏMAS-a qarşı quru əməliyyatını genişləndirməyə başladı.
Mənbə: Lenta.Ru
Aynur Camal