Xəstəxanalarda sığortaolunana xidmətin necə göstəriləcəyi açıqlandıbackend

“Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına edilmiş digər yenilik müxtəlif dövlət orqanlarının-Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s. tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tıbbi sığorta Üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin Rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər: “Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir. Sığortaolunan dedikdə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur və həmin şəxslərə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) aid edilmir”.