Xəstəxanaya silahlı hücumbackend

Yaponiyada xəstəxanaya silahlı hücum təşkil edən və 2 nəfəri yaralayan təcavüzkar daha sonra poçt şöbəsinə girərək içəridəki insanları girov götürüb.

Yaponiyanın Saitama prefekturasının Toda şəhərində xəstəxanaya silahlı hücum olub. Polisin verdiyi açıqlamada hücumda 40 yaşlarında bir həkim və 60 yaşlarında bir xəstənin yaralandığı bildirilib. Motosikletlə qaçan hücumçunun Warabi şəhərinə getdiyi və insanları poçt şöbəsində girov götürdüyü bildirilib.

Hadisə şahidləri hücum edənin 40-50 yaşlarında olduğunu bildiriblər. Poçtun ətrafındakı müəssisələr təhlükəsizlik səbəbilə bağlanıb.

Hadisə yerində polis əməliyyatı davam etsə də, neçə nəfərin girov götürüldüyü hələlik məlum deyil.

Mənbə: hurriyyət.tr

Aynur Camal