“Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağacları xəstəlikdən quruyubbackend

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların  müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

Vaqif Cavadov əlavə edib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.