Xətai rayonunda 1 il öncə dayandırılan qanunsuz tikinti yenidən inşa edilir – Fotobackend

Paytaxtın Xətai rayonunda yaşıllıq zolağında obyekt tikilir…

Bu barədə AzFaktcom-a daxil olan məlumatda bildirilir.

Belə ki, rayonun Sabit Orucov küçəsində yaşıllıq zolağı və səki zəbt edilərək, obyekt tikilib.Nəticədə plansız tikintilər həm piyadaları, həm də ağacları sıxışdırıb.

Bildirək ki, Sabit Orucov küçəsində inşa edilən qanunsuz obyektin tikintisi keçən il avqust ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdı.

Ancaq bir il keçdikdən sonra qanunsuz obyekt yenidən inşa edilməyə başlayıb. Ərazidə yaşayn sakinlər iddia edir ki, obyektin tikintisinə icazə Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilib.

Məsələ ilə bağlı adları keçən qurumların mövqeyini dərc etməyə hazırıq.