Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılırbackend

Azərbaycanda kimlərinsə maraqları və sərvət naminə ermənistan istehsalı məhsullar Azərbaycanın iri supermarketlərində rahatlıqla satılır. Adətən kiçik yaşlı uşaqların istifadəsi üçün nəzərdə tutulan bu tip məhsullar onların həyatında nə qədər təhlükəli olması isə istisna edilmir təbii ki, bəs Gömrük Komitəsi hansısa maraqlar naminə işğalçı ölkənin məhsullarını,i təxribata açıq olan predmetləri hər hansı bir maraq naminə ölkəyə daxil olması göz yumula bilərmi?!

“Yeni Gündem” xəbər verir ki,məsələ ilk olaraq Sənan Nəcəfov tərəfindən sosial şəbəkədə paylaşılmışdır, sizə yazı və foto şəkilləri olduğu kimi təqdim edirik:

Bakıda erməni konfetləri

Bu məlumatı və fotoları dostlardan biri göndərib. Həmin dostumuz deyir ki, Xətai metrosunun yaxınlığında, Freshmart super-marketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlib. Bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Həmin dostumuz bu gün yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.
Başqa heç nə yazmıram. erməni məhsullarının Bakı piştaxtalarına necə ayaq açdığını araşdırmaq lazımdır. Çox üzücü haldır.
p.s. səhv etmirəmsə “mart” erməni dilində adam deməkdir.(Hokm.az)