Xəzər Fərhadov bu ölkəyə səfir təyin edildibackend

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə vəzifəsindən geri çağırılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.