Xəzər İbrahim gəmidə öldürülən Fərmanla bağlı paylaşım edib – Fotolarbackend

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisinə nigeriyalı dəniz quldurlarının hücumu zamanı həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşi Qabona gətirilib.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tvitter hesabında cənazənin Qabona gətirildiyi anın fotolarını paylaşaraq bu fikirləri qeyd edib:

“Qardaşımızın cənazəsinin ailəsinə qısa müddətdə çatdırılmasındakı dəstəyinə və əməkdaşlığa görə Türkiyənin Qabondakı səfiri Nilufər Ərdəm Kaygısıza və komandasına ürəkdən təşəkkür edirik. Hər zaman olduğu kimi, bu prosesdə də bir-birimizə dəstəyimiz davam edir”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Qabondakı səfirliyi həmyerlimizin nəşinin gətirilməsi ilə bağlı məlumat yaymışdı:

“Qardaşımızın cənazəsi Qabon Prezident Administrasiyasının təsis etdiyi xüsusi təyyarə ilə paytaxt Librevilə gətirilir. Səfir Nilufər Ərdəm Kaygısız da eyni təyyarədədir”.