Xəzər Rayonu Binə qəsəbəsində yağış suları gediş-gəlişi bağladı: İcra Hakimiyyəti isə tədbir görmədi – VİDEObackend

Bu gün ölkə ərazisində hava yağmurlu keçib. Paytaxt Bakinin bəzi ərazilərində kanalzasiya və su xətləri düzgün çəkilmədiyinə görə, yollar pis hala düşüb, yığıntı suları maşınların gediş-gəlişinə maniyə yaradaraq tixaclar əmələ gətirib.

Bu ərazilərdən biri Xəzər rayonu Binə, Hövsan Südçülük Savxozunun mərkəzi küçələridir.

Xəbəral.az – a göndərilən video da açıq-aydın görsənir ki, Xəzər rayonu Hövsan Südçülük Savğozu deyilən ərazini yağış suları əməlli başlı pis vəziyyətə salıb.

Vətəndaşların saytımıza verdiyi məlumata görə, sözügedən ərazi saatlarla sel-suya qərq olsa da aidiyyatı qrumlar heç bir tədbir görməyib.

Beləliklə Zəfər günü həmin ərazi də təmizlik işləri aparılmadığından yollarda tixac yaranaraq bərbad vəziyyətə düşüb.

Xatırladaq ki, bu cür hallar Xəzər rayonunda tez-tez baş verir.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az