Xəzər TV-nin işdən çıxarılan aparıcısı danışdıbackend

“Xəzər” – in simasıyam, işdən çıxarılmağım mənim üçün sürpriz oldu”. “Xəzər televiziyasında mənim hüquqlarım pozulub. Buna qarşı müəyyən addımlar atacam”.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında “Xəzər Xəbər” – in aparıcısı Nigar Mirzəyeva bildirib: “Xəzər televiziyasından işdən ayrılmamışam, çıxarılmışam. 2 aydır ki, efirlərdə yoxam.

Bu səbəbsiz yerədir. Bütün dönəmlərdə, istər vətən müharibəsində, istərsə də ondan əvvəlki dönəmlərdə” Xəzər xəbər”-in siması kimi hər zaman öndə olan aparıcılardan biri olmuşam. Televiziyadan səbəbsiz yerə uzaqlaşdırılmamı isə məni aldadaraq izah etmişdilər. Mən səhər təqdim edilən “Xəbər ertəsi” verilişinə çıxacaqdım. Televiziyanın rəhbəri Murad Dadaşov mənə dedi ki, sən bu verilişdə olacaqsan.

Bu səbəbdən xəbərdən hazırlıqlarla bağlı müvəqqəti uzaqlaşdırıldım. Sonra veriliş başqa aparıcıya verildi, mənə dedilər ki, siz gözləyin başqa layihə olacaq. Mən xəbərə qaytarılmadım. Halbuki mən xəbərə qaytarılmalı idim. Televiziyada müddətli müqavilədəyəm, halbuki Murad Dadaşov gələnə kimi biz müddətsiz müqavilədə olmuşuq.

15 ilin aparıcısı kimi müddətli müqavilədə olmağım mənə gülünc gəlirdi. Amma bunu bütün əməkdaşlar imzalamışdıq. Ona görə də gözlədilər ki, mənim müqaviləmin vaxtı bitsin. Dekabrın 1-də mənim müqaviləmin vaxtı bitdi. Buxalteriyadan mənə deyildi ki, siz işdən çıxarılmısınız.

Bir hesabla bağlı buxalterlə əlaqə saxlamalı olduqdan sonra işdən azad edildiyimi öyrəndim. Əgər işdən çıxarılmışamsa bunu buxalteriyadan öyrənməməli idim. 15 ilin aparıcısı, xəbər simasıyam. Bu mənə qarşı hörmətsizlik idi. Ondan 1 gün sonra hüquqşünas və insan resursları ilə əlaqə saxladım.

Dedilər ki, sizə bununla bağlı xəbərdarlıq göndərmişik, amma siz o ünvanda olmamısınız. İşdən çıxarılmağım üçün sürpriz oldu. Hələ də onun şokundayam. Çünki mənə demişdilər ki, get gözlə. Xəzər televiziyasında mənim hüquqlarım pozulub. Buna qarşı müəyyən addımlar atacam”.

Yenigündəm.az