XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verdibackend

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı səfirinə cavab verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə XİN rəsmisi Ayxan Hacızadə sosial şəbəkə hesabında yazıb.

“Laçın yolu hər zaman nəqliyyatın normal hərəkəti üçün açıqdır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Ayxan Hacızadə Twitter səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan yolda nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün bütün mümkün tədbirləri görür: “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd-keçid məntəqəsi yaratmaq lazımdır”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Laçın yolunun guya nəqliyyatın hərəkəti üçün bağlandığını və açılmasını “tələb etdiyini” deyib.

Fərahim Rəhimov