XİN: Ermənistanın guya Azərbaycanın BƏM-in qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdirbackend

Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.

“Yeni Gundem” xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində qeyd olunub.

“Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir”, – bildirilib.