“XİN İranın ölkəmizdəki səfirliyinə nota göndərib və hazırda cavab gözləyir” – Ayxan Hacızadəbackend

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə yerli KİV nümayəndələrinin suallarına cavab verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

“Bu məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 2023-cü il martın 9-da daxil olub.
Bu məlumatı dəqiqləşdirmək üçün Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirliyinə nota göndərib və hazırda cavab gözləyir.Azərbaycan Respublikası vətəndaşı Fərid Səfərlinin yaşayış yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırmalar davam etdirilir. Bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bir daha Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatdırmaq istəyirik ki, ölkəmizin İrandakı səfirliyinə 2023-cü il yanvarın 27-də törədilmiş terror aktından sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib. Ölkəmizi gərəksiz yerə İran İslam Respublikasına səfər etməmələri və ziyarət edənlərin artan diqqətli olması lazımdır”,-deyə o qeyd edib.

Fərahim Rəhimov