XİN: İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz, ölkəmizə qarşı hər hansı bir təcavüzün qarşısı qətiyyətlə alınacaqbackend

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verərkən bildirib.

“İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır”, – XİN sözçüsü vurğulayıb.