XİN məlumat yaydıbackend

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, martın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Nerkin qəsəbəsi istiqamətində yerləşən mövqelərdən atəşə tutulması nəticəsində 1 hərbçimiz yaralanıb.

Biz Ermənistanın növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistandan getdikcə aqressivləşən ritorikasından əl çəkməyi və regionda gərginliyi artıran bu cür hərəkətləri dayandırmağı tələb edirik.

Ermənistan tərəfi regionda gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək üçün Aİ-nin mülki monitorinq missiyasının yerləşdiyi yerdən sui-istifadə etməyi dayandırmalıdır.

Ermənistanda bu missiyanın mövcudluğu Ermənistanın öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsi üçün bəhanəyə çevrilməsin.

Azərbaycanın regionda həyata keçirdiyi sülhməramlı tədbirlərə qarşı təxribatlara görə Ermənistanın siyasi və hərbi rəhbərliyi tam məsuliyyət daşıyır.

Fərahim Rəhimov