XİN rəhbəri: Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirirbackend

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatlarını tam icrasının vacibliyini bildirib və əlavə edib ki, Ermənistan hələ də üçtərəfli bəyanatları tam icra etmir.

XİN rəhbəri qanunsuz erməni hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmadığını vurğulayıb.

APA