Xocalı Faciəsinə həsr olunmuş tədbir keçirildibackend

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyətinin üzvləri Xocalı Faciəsinə həsr olunmuş tədbirdə iştirak etdi.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Xocalı Soyqrımına həsr olunmuş “Tarixi Həqiqətin Soyqırımı” adlı kitab “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinə hədiyyə olundu.
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Belə terror aktlarının ən dəhşətlisi Xocalıda baş verən soyqırım hadisəsi idi.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: 63 nəfər, uşaq,106 nəfər qadın, 70 nəfər qoca, 8 ailə tamamilə məhv edilmişdir.1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
2020- ci il 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində tarixi qələbə qazandıq və 30 ildir düşmən tapdağı altında olan dədə-baba yurdumuzu yenidən azad etdik. Lakin biz mənfur düşmənin törətdiyi faciələri, soyqrımları, vandallıqları da unutmayacağıq. 26 fevral tarixində mənfur düşmənin Xocalıda törətdiyi soyqırımda bizim qan yaddaşımızdır.
Bu tədbirlərin keçirilməsində də əsas məqsəd gənc nəslə vətənpərvərlik hislərini daha da aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək və daima Xocalı sakinlərinin yanında olduğumuzu göstərməkdir.