Xocalı soyqırımı – qan yaddaşımız!backend

Qara dəniz və Xəzər arasında uzanan “Böyük ermənistan” xəyalı və Rusiyanın Qafqaza yayılma siyasəti insanlıq tarixininə qara ləkə salacaq soyqırıma səbəb oldu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda ağıla sığmaz vəhşilik törədilmişdir.
Nəticədə, 63 uşaq, 70 qoca və 106 qadın olmaqla ümumilikdə 613 nəfər sivil öldürülüb, 8 ailənin bütün üzvü məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirmişdir.

1275 nəfər girovdan 150-nin taleyi məlum deyil. Və aldığı ağır yaralar səbəbi ilə 1000 nəfər insan əlil oldu.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri, insan haqlarının kobudcasına pozulması beynəlxalq hüquqi aktlara – Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Zori Balayan 1996 ilində yayımlanan “Ruhumuzun Canlanması” adlı kitabında törətdikləri iyrənc əməlləri qələmə alaraq özlərinin insan olmadığını sübut etdi !
Qədim yurd yerlərimizdən biri olan Xocalı mədəniyyətinin zənginliyi ilə də seçilirdi. Orada qədim tarixə malik abidələr də işğal zamanı darmadağın edildi. İşğal altında qalan maddi-mədəniyyət abidələrimiz tamamilə məhv edilmişdir. 12 muzey, 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı yandırılmış, 40 min eksponat talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir.
Qətliyamda sağ qalanlar o günlərdə yaşadıqları işgəncələri yaddaşlarından silə bilməzlər. O acı dolu anlar 29 il sonra bu gün də xalqımızın köksünü dağlayır.
Hər zaman bu anım gününü qeyd edəcəyik. Heç nə unudulmur ! Heç nə hardan çıxmır !
İnsanlar təsəllini qələbə sevincində tapırlar !
Nəhayət ki, Yer üzündən silinən Xocalıda yenidən çiçək açır…
Şükürlər olsun !

Hazırladı: Aynur Abdullayeva