Xocalıda qətliam törətmiş erməni generalın arvadı ağlar qaldıbackend

Martın 25-nə keçən gecə Ermənistanın Armavir bölgəsində ölümlə nəticələnən qəza baş verib.

“Yeni Gündəm” xəbər verir ki, naməlum nömrə nişanlı avtomobilin sürücüsü Eçmiədzin-Margara magistral yolunun 2-ci kilometrliyində İrəvan sakini, 58 yaşlı Aşot Amiryan adlı piyadanı vurub.

Piyada hadisə yerindəcə ölüb, sürücü isə qaçıb.

Polis sürücünü tapmaq üçün lazımi əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

Məlumata görə, hadisə nəticəsində ölən şəxs Xocalı soyqırımını törədənlərdən biri, general Manvel Qrigoryanın qaynıdır. M.Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın qardaşını vurub qaçan sürücünün tapılmasını tələb edib.

Manvel Qriqoryan Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədri olub. O, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

M.Qriqoryan Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf etmişdi.

Erməni general 2020-ci ili noyabrında – II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra ölüb.

Modern.az