Xocavənddə ermənilərin minaladığı ərazilərdə yanğın oldu: Helikopterlər cəlb edildi – VİDEObackend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən “Yeni Gündəm”-ə bildirilib ki, məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Şirvanda 40 yaşlı kişi qətlə yetirilib – VİDEO – YENİLƏNİB

Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Lənkəran sakini 2 kiloqramdan artıq narkotiki satarkən saxlanılıb – VİDEO – YENİLƏNİB

Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.