“XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir”backend

“Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qarşısında çıxışı zamanı deyib.

Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.